Böyrəklərin işini tənzimləmək və onları təmizləmək üçün dietik balanslı qidalanma vacibdir.
“Medicina” xəbər verir ki, böyrəklərin işi üçün kaliy, maqniy, C, E, D vitaminləri tərkibli qidalar vacibdir. Böyrək problemi olanlar əlavələr, süni sintetik vitaminlərdən uzaq durmalıdır.
Böyrəklər üçün təbii təmizləyici bitki lifləridir, onlar özlərini duzu,ş toksinləri hopdurub çıxarır. 
Bunlar hansılardır:
-	Tərəvəzlər – təzə, çəkilmiş, buxarda bişmiş
-	Meyvələr
-	Giləmeyvələr
-	Tam taxıldan məmulat, yulaf, vələmir
-	Təmiz bitki yağları
-	Yağsız kəsmik, qatıq
-	Düyü, qarabaşaq, qarğıdalı və buğda sıyıqları
-	Tumlardan toxumlardan – qarpız, yemiş, balqabaq tumları
-	Kələm, brokkoli, turş alma, kök
-	Göyərtilərin də hamısı olmaz – şüyüd, cəfəri, nanə
Nələr olmaz:
Soyuq qidalar
Kolbasa, sosis, konserv
Duzlu, acı, şoraba
Şəkər, konfet
Duz, ədviyyat
Heyvani yağlar, piy
Aygün Musayeva