Bu il neçə ana doğuşda ölüb?

  • 2017.10.18 15:57
  • 14347 Baxış
Bu il neçə ana doğuşda ölüb?
"Bu ilin 9 ayı ərzində Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə ana ölümlərinin sayında artım müşahidə olunmayıb".


Medicina.az-ın "Report”a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.


Onun sözlərinə görə, hadisələrin sayı da müvafiq dövrdə eyni qalıb: "Ümid edirik ki, ilin sonuna qədər ana ölümlərinin sayı ötən illə müqayisədə az olacaq".


Baş mama-ginekoloq bildirib ki, cari ilin 9 ayı ərzində ölkədə ümumilikdə 17 ana ölümü faktı qeydə alınıb.