"Bu o demək deyil ki, 1 il evdən çıxmayıb, karantində olacaqsız"- Koronavirusun bitməsi ilə bağlı AÇIQLAMA

  • 2020.04.16 16:17
  • 5322 Baxış
"Bu o demək deyil ki, 1 il evdən çıxmayıb, karantində olacaqsız" - Koronavirusun bitməsi ilə bağlı AÇIQLAMA



Pandemiyanın nə qədər davam edəcəyi və nə vaxt bitəcəyi barədə dəqiq bir söz demək mümkün deyil. Yazılanlar sadəcə, proqnozlardır.

Medicina.az xəbər verir ki, bunu ÜST rəsmi nümayəndəsi Hande Hamançı bildirib.



" Virusun yaranma səbəbləri də hələlik elmə bəlli deyil. Təxmini olaraq 1 il müddətinə bu virus gündəmdən çıxmayacaq. Tədricən, zamanla problem öz həllini tapa bilər. Bu, o demək deyil ki, 1 il boyunca evdən çıxmaq olmaz. Təbii ki, bu belə deyil. Narahat ollmayın".