Bu qarışımdan hər gün 1 stəkan için - Faydaları saymaqla bitmir

  • 2020.01.10 12:35
  • 32629 Baxış
Bu qarışımdan hər gün 1 stəkan için -  Faydaları saymaqla bitmir
Cəfəri xəstəliklərlə mübarizə aparan bitkilər siyahısında hər zaman birincilərdəndir. Bu birki yüz illər boyu təbii dərman olaraq istifadə edilib. Təsadüfi deyil ki, cəfəri suyu ağızdan gələn pis qoxunun müalicəsində, xərçəng xəstəliklərində, həzm məqsədilə içilib. Cəfəri suyunu içməyən başlayan şəxs 2 həftə sonra onun faydalarını və orqanizmə müsbət təsirlərini müşahidə edə bilər.

Medicina.az cəfəri suyunun faydaları ilə bağlı bir çox məlumatlar toplayıb.

Məlumata görə, cəfəri salatlarda, "smoothie”lərdə (kokteyl) və meyvə sularında istifadə edildikdə mükəmməl nəticələr əldə etməyə kömək edir. Bu halda qidalar həm dadlı olur, həm də cəfəri orqanizmi ürək fəaliyyətini artıran bir çox vitaminlərlə təmin edir.

Cəfəri hər hansı qarışıma əlavə edilmədikdə belə, yalnız göyərti kimi istehlak edildiyində də faydalıdır. Lakin suyunu içmək daha çox miqdarda cəfəri qəbul etmək mənasına gəlir.

Faydaları:

-İmmuniteti gücləndirir

-Cəfəri suyu xroniki iltihablı xəstəliklərlə mübarizə aparır. Tərkibində yüksək flavonoid maddəsi olduğu üçün xərçəng xəstəliyinin başlamasına mane olur.

-Cəfəri suyu ağızdan pis qoxu aparmaqda "usta”dır. Bu səbəbdən cəfərini və cəfəri suyunu rasionunuzdan heç bir halda əksik etməyin.

-Duzu bədəndən xaric edir

-Cəfəri qan təzyiqini aşağı salan, toksinlərin orqanizmdən təmizlənməsinə kömək edən möcüzəvi bitkidir. Cəfəri suyu artıq duzun orqanizmdən çıxarılmasına da kömək edir.

-Qanı təmizləyir

-Cəfərinin tərkibindəki maddələr qanı təmizləyir və yeni qan hüceyrələri yaradır.

-Köp və qəbizliyi azaldır. Şişkinlik, qaz və qəbizlikdən əziyyət çəkirsinizsə, cəfəri suyu tam olaraq sizin üçündür. Cəfəri suyu qədim zamanlardan həzmsizlik, qəbizlik zamanı içilib, bağırsaq qazını azaltmağa kömək edib. Bundan başqa bədəndə yığılan su səbəbindən yaranmış şişkinliyi də azaldır.

-Kalsium mənbəyi. Bir stəkan cəfəri suyu orqanizmdə kalsiumun miqdarını artırmağa kömək edir. Bundan başqa, gündə içilən 1 stəkan cəfəri suyu sümüklər üçün də xeyirlidir.

-Sidik yolu infeksiyalarının qarşısını alır. Cəfəri suyu sidik yollarında infeksiyaların yaranmasına səbəb olan bakteriyaları təmizləyir, bir növ təbii antibiotik rolunu oynayır.

-Böyrəkləri təmizləyir

-Həzm problemlərini azaldır.Bu bitkinin suyu tərkibindəki C vitamini və və folik asit sayəsində mədə və həzm problemlərini aradan götürə bilir.

-Anemiyanın əvəzsiz dərmanı. Cəfərinin tərkibindəki dəmirin miqdarı ispanaqda olan dəmir maddəsindən 2 dəfə çoxdur. Sadəcə 1 su stəkanı cəfəri 3,7 mg dəmir, yaxud gündəlik dəmir tələbatımızın 21 faizini ödəyir.

-Xərçəngə təsiri var.

-Saç tökülməsini azaldır.

Hazırlanması:

Lazım olan ərzaqlar: yarım limon, su,yarım dəst cəfəri

Cəfərini blenderdə doğrayırıq. Daha sonra yarım limonun suyu və 1 stəkan su əlavə edərək 2 dəqiqə daha blenderdə qarışdırırıq. Bundan sonra içə bilərsiniz.