Azərbaycanda cərrah vəfat edib.
Medicina.az xəbər verir ki, Nizami Tibb Mərkəzinin ümumi cərrahı Asiman Əhmədova dünyasını dəyişib.
Asiman Əhmədova 1982-ci ildə anadan olub. 2000-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində, 2004-2006-cı illərdə İ.M. Seçenov adına Moskva Tibb Akademiyasında Cərrahiyyə ixtisası üzrə təhsil alıb. 2008-ci ildən müxtəlif tibb müəssisələrində ixtisası üzrə işləyən Asiman Əhmədova 2024-cü ildən Nizami Tibb Mərkəzində ümumi cərrah olaraq fəaliyyət göstərib.
Allah rəhmət eləsin!
Aygün
Medicina.az