Cinsi əlaqə zamanı ağrı (disparoniya) normal hesab olunmur və müxtəlif səbəblərdən yarana bilər.
Vaginal quruluq
Vaginal və ya sidik yolu infeksiyaları
Göbələk infeksiyası
Endometrioz
Yumurtalıq kistaları
Çanaq orqanlarının iltihabı
Doğuş və ya əməliyyatdan sonra yaranan çapıq toxuması
Psixoloji amillər (stress, narahatlıq, qorxu)
Nə vaxt həkimə müraciət etmək lazımdır?
Ağrı davamlı və ya şiddətlidirsə
Qanaxma, pis qoxulu axıntı və ya qızdırma varsa
Ağrı hər cinsi əlaqədə təkrarlanırsa
Ağrı gündəlik həyata və ya cinsi həyata mənfi təsir edirsə
Nə etmək olar?
Problemi görməzdən gəlməyin.
Lazım gələrsə, sürtkü (lubrikant) istifadə edin.
Özbaşına antibiotik və ya digər dərman qəbul etməyin.
Dəqiq səbəbi müəyyən etmək üçün ginekoloq müayinəsindən keçin.
Erkən diaqnoz və düzgün müalicə əksər hallarda ağrının aradan qaldırılmasına kömək edir.
Aygün
Medicina.az