Çiy tərəvəz pəhrizi ilə qidalanan bloger öldü

  • 2023.08.02 17:35
  • 1181 Baxış
Çiy tərəvəz pəhrizi ilə qidalanan bloger öldü

38 yaşlı Janna Samsonova 10 ildən çoxdur ki, çiy – veqan diyetası ilə qidalanır. Həkimlərin sözlərinə görə, Jannanın analizlərinin nəticələri ölmüş insanın nəticələrinə bənzəyirdi.

“Medicina” xəbər verir ki, qadın 2023 – cü iylun 21 iyulunda dünyasını dəyışdi.

Veganizm və çiy qidalanmanı birləşdirən bu pəhriz sağlamlığın açarı kimi təbliğ olunur. Arıqlamaq, xəstəliklərin əlamətlərini azaltmaq və ya diabet və ürək xəstəlikləri riskini azaltmaq üçün bu cür qidalanmanı seçim edənlərin sayı kifayət qədər çoxdur.

Bununla belə, xam vegan pəhrizi seçərkən bunu düzgün etmək vacibdir. Qidalanma kimi problem ciddi xəstəliklərə səbəb ola bilər. Bu pəhrizə keçməzdən əvvəl qan dəyərlərinizi yoxlamalı və həkiminizlə məsləhətləşməlisiniz.

Günay Quluzadə