Daha bir məşhurda xərçəng aşkarlandı

  • 2022.11.22 15:21
  • 1189 Baxış
Daha bir məşhurda xərçəng aşkarlandı

Məşhur türkiyəli aparıcı-prodüser Armağan Çağlayan xərçəng xəstəliyinə tutulub.

"Medicina" xəbər verir ki, onun ağciyərində şiş aşkarlanıb.

Sənətçi səhhəti barədə məlumat verib.


"Sizinlə şəxsi bir məsələni bölüşmək istəyirəm. Yaxın günlərdə həkim müayinəsindən keçərkən ağciyərimdə problem aşkarlandı və xərçəng olduğum üzə çıxdı. Gələn həftənin sonundan müalicəyə başlayacam".