Dana ürəyi yeməyin faydası- Yapon alimləri

  • 2020.10.14 13:59
  • 7427 Baxış
Dana ürəyi yeməyin faydası -  Yapon alimləri
Yaponiya universitetlərinin araşdırmaçıları sübut edib ki, dana ürəyini yeyən siçanlarda qanda xolesterinin səviyyəsi və çəkiləri azalıb. Təcrübənin müəllifləri qeyd edir ki, ət sənayesində zibilə atılan mal-qara ürəyindən ateroskleroz xəstələri üçün BAD-lar hazırlamaq olar.

Eksperimentdə 50 erkək laboratoriya siçanı istifadə olunub. 52 gün ərzində onlara ateroskleroz yaradacaq qidalar verilib, qaldıqları otaqda oksigenin səviyyəsi azaldılıb, həmçinin stressə məruz qoyulub. Nəticədə gəmiricilərin çəkisi və qanda xolesterinin miqdarı artıb.
Sonra bu siçanları 2 qrupa bölüblər: 1-ci qrupda adi qidalanma rejimi seçilib, digər qrupun qidasına isə dana və donuzun ürək və aortasından hazırlanmış əlavələr qatılıb. 14 gün sonra hər iki qrupdan qan analizi götürülüb.

Məlum olub ki, qidasında aorta və ürək toxumaları olan siçanlarda çəkidə dəyişiklik olmayıb, əksinə azalma baş verib. Qanda yapışqanlı zülal və xolesterinin miqdarı da azalıb. Və bu siçanlarda ateroskleroz əlamətləri də itməyə başlayıb. Həmçinin siçanlarda iltihabi proseslərə səbəb olan immun hüceyrələrinin də sayı kəskin azalıb.

Ona görə də alimlər heyvan ürək və aortasının toxumalarının ateroskleroz xəstələri üçün uyğun olduğu qənaətinə gəlib. Onların fikrincə, belə tərkibdə BAD hazırlansa, aterosklerozun profilaktikasında da uğurla tətbiq oluna bilər.