Türkiyəli dietoloq Yeşim Seringöz dünyanın ən sağlam 15 qidasını açıqlayıb.
Medicina.az xəbər verir ki, sağlam həyat tərzi trendi hər gün artdıqca, mütəxəssislər hansı qidaların uzunömürlülük və xəstəliklərin qarşısının alınmasında təsirli olduğunu tez-tez paylaşırlar. Dietoloq Yeşim Seringözün tərtib etdiyi siyahıya görə, dünyanın ən sağlam 15 qidası müəyyən edilib. Bu siyahı həm immunitet sistemini gücləndirən, həm də bədəni zərərsizləşdirən qidalarla doludur.
Seringözün siyahısına görə, avokado dünyanın ən sağlam qidaları siyahısında birinci yerdədir. Sağlam yağ turşuları ilə tanınan avokado ürək-damar sağlamlığını dəstəkləyir və dərinin bərpasına kömək edir. Növbəti sırada olan su, bütün bədən sistemlərinin düzgün işləməsi üçün ən əsas ehtiyac kimi vurğulandı.
Üçüncü yerdə olan turş kələm, bağırsaq florasını tarazlayan probiotik təsiri ilə seçilir. Antioksidan xüsusiyyətləri ilə zəncəfil immun sisteminin əvəzolunmaz bir hissəsi kimi seçilir.
Dünyanın ən sağlam 15 qidası:
Avokado
Su
Kələm turşusu
Zəncəfil
Çia toxumu
Kakos
Soğan
Sarımsaq
Şirin kartof
Kərəviz suyu
Tünd şokolad
Badam
Limon
Qoz
Kələm
Aygün
Medicina.az