Ərdoğan koronavirusdan qorunmaq üçün məsləhət verdi: -"Hər səhər bunu yeyin"

  • 2020.02.04 21:44
  • 14744 Baxış
Ərdoğan koronavirusdan qorunmaq üçün məsləhət verdi: - "Hər səhər bunu yeyin"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici ölkələrə səfərlərdə koronavirusa yoluxma riski barədə danışıb.

O, virusdan qorunmaq üçün nələr etdiyini də açıqlayıb.


Medicina.az xəbər verir ki, prezident immunitetinin gücləndirilməsini önəmli hesab edir.


“Mənim bir məsləhətim var. Hərarətinizə diqqət edin. Özünüzü soyuğa verməyin. Təbbi ki, bunlar ilk göstəricilərdir. Hər şeydən əvvəl isə özünüzə güvənin. Qidalanmağınıza diqqət yetirin. Bunla bağlı özəl qorunma üsulum yoxdur. Sadəcə bədənimizi güclü saxlamalıyıq.

Dostlarımız sağ olsunlar, arada tut bəhməzi göndərirlər. Qan yaratdığına görə hər səhər bir qaşıq tut bəhməzi qəbul edirəm”