Yaponiyada evlərə girib qadın alt paltarlarını oğurladığına görə kişi həbs edilib.
Medicina.az xəbər verir ki, Tokiodan olan 34 yaşlı Noritaka Furiya Akaşimadakı bir evdən alt paltarları oğurlamaq ittihamı ilə həbs edilib.
Furiya gecə evin kilidsiz olduğunu aşkar edib, içəri girib və qadın alt paltarlarını şkafdan oğurlayıb. Ev sahibləri həmin vaxt yatıblar.
Daha sonra məlum olub ki, ilin əvvəlindən bəri şübhəlinin qonşularından alt paltarları yoxa çıxıb. O, həmişə ev sahiblərinin ön qapıları bağlamağı unutduğu evləri seçib. Oğru CCTV görüntülərindən müəyyən edilib.
Dindirmə zamanı Furiya həyatdan məyus olduğu və cinsi fantaziyalarını təmin etmək istədiyi üçün bu cinayətə əl atdığını bildirib.
Aygün Musayeva