ABŞ-də aparılan yeni araşdırma gənclərdə ürək-damar xəstəlikləri riskinin düşündüyümüzdən daha yüksək ola biləcəyini göstərib.
Medixina.az xəbər verir ki, orta yaşları 23 olan 1283 iştirakçının yalnız 21 faizində ürək-damar xəstəliyi üçün heç bir risk faktoru aşkarlanmayıb. Beləliklə, təxminən 10 nəfərdən 8-də ən azı bir əhəmiyyətli risk faktoru müəyyən edilib.
İştirakçıların 40 faizində artıq çəki və ya piylənmə, 36 faizində isə metabolik risk faktorları, o cümlədən diabet kimi problemlər qeydə alınıb. 3 faizində xroniki böyrək çatışmazlığı aşkarlanıb.
Tədqiqatçılar xüsusilə hipertoniya, diabet və piylənmə kimi xroniki xəstəlikləri olan gənclərdə ürək-damar risklərinin daha erkən nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıblar.
Xanım,
Medicina.az