Həddindən artıq idman oynaqlara zərər verə bilər

  • 2026.08.27 15:37
  • 101 Baxış
Həddindən artıq idman oynaqlara zərər verə bilər

Hərəkət etmək və dartınma hərəkətləri oynaqların sağlamlığı üçün faydalıdır. Lakin revmatoloqlar xəbərdarlıq edirlər ki, həddindən artıq məşq əks təsir göstərə bilər.

Medicina.az xəbər verir ki, məşq yükünü qəfil artırmaq, eyni hərəkətləri tez-tez təkrarlamaq və bərpa üçün kifayət qədər vaxt ayırmamaq əzələ və vətərlərin qıcıqlanmasına səbəb ola bilər.

Həddindən artıq dartınma da oynaq və bağlara zərər verə bilər. Dartınma zamanı kəskin ağrı, şişkinlik və ya məşqdən sonra davam edən ağrı yaranarsa, məşqə ara vermək tövsiyə olunur.

Mütəxəssislər bildirirlər ki, oynaqlar hərəkəti sevir, lakin qəfil və həddindən artıq yüklənməni sevmir.

Xanım,
Medicina.az