Beşəm doğan qadının inanılmaz həyat hekayəsi – “Ərim cəmi 6 ay dözdü, sonra bir gecədə yoxa çıxdı”

  • 2019.09.26 16:58
  • 169641 Baxış
Beşəm doğan qadının inanılmaz həyat hekayəsi –  “Ərim cəmi 6 ay dözdü, sonra bir gecədə yoxa çıxdı”
2016-cı ildə bütün Odessada sensasiyalı xəbər müzakirə olunurdu. 37 yaşlı Oksana Kobeleçskaya  təbii olaraq 5 uşağa hamilə qalaraq, beşini də dünyaya gətirib.


Ölkə və şəhər səhiyyəsində görünməmiş hadisə sonradan qadının da həyatını dəyişdi. Əvvəldən də bir qız övladı olan ailə cəmi 1 günün içində 6 uşaqlı ailəyə çevrildi. 


Medicina.az 6 uşaqlı qadının həyatı, 5 əkizlə necə yaşaması barədə maraqlı müsahibəsini təqdim edir. 



Hər şey UZİ-dən başladı


"Biz elə bilirdik bətndə bir uşaqdır. UZİ-yə getdim, həkim ekrana baxarkən gözləri böyüdü, elə qorxdu, bənizi ağardı. Elə bildim uşağa nəsə olub. Sonra dedi ki, buna görə sənə əlavə ev verməlidilər. Yenə başa düşmədim. 


Yerli doğum evində baş həkimdən tutmuş baş ginekoloqa kimi  otağa gəldi, mənə baxdı. Hamı başını itirmişdi. 

Qarnımda 5 döl – 2 eyni yumurtalı cüt var.  Çoxu bir neçə aydan sonra çəkiləri artarsa 2-ni götürməyi təklif edirdi. Ərimlə mən qərara gəldik ki, sona kimi onları saxlayacağıq. 


Xəstəxananın uşaq reanimasiyası hazırlanmalıydı, çünki birdən-birə bu qədər körpəyə aparat, küvez çatmaya bilərdi”. 

 



Təcili keysəriyyə


31-ci həftəmdə təcili əməliyyata girməli oldum. Uşaqlar ölə bilərdi. 3 həkim cərrah əməliyyata girdi və uşaqlar cəmi 5 dəqiqə içərisində bir-bir qarından çıxarıldılar. 


Birinci Denis oldu, sonra Darya, Vlad, Saşa, David. Hamısının çəkisi 1800-150 qram arası idi. 

İndi anlayıram ki, necə dəhşətli idi. Onlar yaşamaya bilərdilər. 5 reanimasiya briqadası gəldi, uşaqları mənə göstərmədən apardılar.


5 otaqlı ev


Bu Odessa tarixində unikal hadisə olduğu üçün bizə 5 otaqlı mənzil verdilər. Şəhər meri doğum evindən çıxanda bir qədər pul da ayırdı.


Doğumdan sonra evdə


Körpələri evdə sutkada 8 dəfə yedizdirirdim, 5 dəqiqə geciksəm kollektiv çığırışma başlayırdı.  Yedizdirirdim, 10 dəqiqə dincəlib, o biri saatın yeməyini hazırlayırdım. Onların hamısını eyni rejimə salmaq çətin idi. Səhər-axşam birgə gəzdirirdik ki, sakit yata bilsinlər. İnanmazsız 4 yaşlı qızım da sanki böyük analar kimi onlara qulluq edirdi. 

 



Kişi dözmədi


Doğumdan 6 ay sonra ərim cəmi 1 sutkanın içində əşyalarını yığdı və mənim xəbərim olmadan evdən çıxardı. Sonra zəng etdi ki, mən getdim, qayıtmayacam. O vaxtdan bird aha yanımıza gəlmədi. Sadəcə qaçdı. 


Əkizlərdən əvvəl də aramızda çox məsələlər baş vermişdi. İndi əminliklə deyirəm ki, əkizlərim olmasaydı da, hətta bir uşaqla belə biz boşanacaqdıq. Bu mənim fikrimdə var idi. Amma əkizlər olandan sonra bu barədə düşünməyə bir dəqiqə vaxtım olmadı. O isə görünür çoxdan hazır idi. 


Hamıdan kömək


Özüm mühəndis olsam da, azı 5 il işləyə bilməyəcəyimi və 6 uşağı yedizdirib saxlamağım çətin olduğunu anlayıb, bütün tanış və dostlara yazdım, danışdım və mənə kömək barədə kompaniya başlandı. Mənzilimiz ştab mərkəzə çevrilmişdi, kimin əlinə nə keçdi gətirirdi: geyim, yemək, oyuncaq. 


Bəzən uşaqları səhv salıram


Körpələrin 4-ü bir yumurtalı əkiz olduğu üçün xarici görünüşlərində fərq çox azdır, amma doğulanda onları ayırd edəcəyimi düşünürdüm. İndi isə o qədər qaçarovdayam ki, bəzən adlarını səhv deyirəm. İlk günlər qollarına rəngli iplər bağladıq. 


Çətinliklər


5 uşaq üçün uşaq arabası çox narahat idi, liftə yerləşmirdi.  Ona görə üçəm arabası aldım. Qalan ikisini isə sinə və kürəkdə kenquruda gəzdirirdim. 

Bizim hamımızın evdən hazırlaşıb çıxması azı 25 dəqiqə vaxt aparır. Ən çətini isə çimdirəndə olur. Bəzən isə yoruluram, baxıram ki, çirkli deyillər, lap yaxşı, lazım deyil.


Yeməkdə kaprizli deyillər. Ən çox banan, peçenye, çiyələk sevirlər. Hətta brokkoli və gül kələmini də yeyirlər, bu fantastikadır. Konfet, şokolad isə bizdə qadağandır.


Yeganə arzum səyahətdir


Əgər  2 uşağım olsaydı, mən piyada da olsa, qatarla belə ölkələri gəzərdim. Amma biz Odessadan başqa bir yerə çıxa bilmirik. Necə çıxım: 6 uşaqla gərək ayrıca kupe seçim, pul çox çıxır. 


Çox analar deyir ki, imkanın yox idisə, niyə beşini dünyaya gətirdin? Mənsə deyirəm: bu mənim planımla deyildi. Həyat bizim planlarımızdan ibarət deyil

 



Analara məsləhətlər


Qəhrəman ana olduğum üçün mənim də öz təcrübəmdən irəli gələn yaxşı məsləhətlərim var:


1.Uşağın motorikasının inkişafı üçün aktivliyi, idman, qaçmaq, üzmək, velosiped, dartınma, dırmanma çox vacibdir. Mən bu baxımdan heç nəyi qadağan etmirəm. 


2.Diş və dil inkişafı üçün ağız daim işləməlidir. Bütöv ət parçasını çeynəmək ən yaxşı üsuldur. Ona görə uşağı yumşaq kotlet, paştet, sıyığa öyrəşdirmək olmaz. Dişləri çıxdısa, əti verin çeynəsin. 


Ya da qaysı qurusu, əncir qurusu. Mənim uşaqlarım bütün günü kök gəvələyir. 


-Özünüzü səliqə-sahman, yumaq, ütü, təmizliklə çox yormayın, mən əvvəllər özümə zülüm edirdim, sonra hər işimi asanlaşdırdım. Ütüsüz də keçinə bilərlər. Əsas sağlam olsunlar.


-Uşağı konfet, sosis, kolbasa, şirniyyata, şirin sulara alışdırmayın. Bir dəfə dadını bildilərsə, sonradan tərgitmək mümkün olmayacaq.


-Bacardıqca telefon, planşet, multfilmdən uzaq tutun. Əgər onlar buna öyrəşməsələr, sonralar verməyəndə də isterika yaratmayacaqlar.

 


Beşəm doğan qadının inanılmaz həyat hekayəsi –  “Ərim cəmi 6 ay dözdü, sonra bir gecədə yoxa çıxdı”
Beşəm doğan qadının inanılmaz həyat hekayəsi –  “Ərim cəmi 6 ay dözdü, sonra bir gecədə yoxa çıxdı”
Beşəm doğan qadının inanılmaz həyat hekayəsi –  “Ərim cəmi 6 ay dözdü, sonra bir gecədə yoxa çıxdı”
Beşəm doğan qadının inanılmaz həyat hekayəsi –  “Ərim cəmi 6 ay dözdü, sonra bir gecədə yoxa çıxdı”
Beşəm doğan qadının inanılmaz həyat hekayəsi –  “Ərim cəmi 6 ay dözdü, sonra bir gecədə yoxa çıxdı”
Beşəm doğan qadının inanılmaz həyat hekayəsi –  “Ərim cəmi 6 ay dözdü, sonra bir gecədə yoxa çıxdı”
Beşəm doğan qadının inanılmaz həyat hekayəsi –  “Ərim cəmi 6 ay dözdü, sonra bir gecədə yoxa çıxdı”
Beşəm doğan qadının inanılmaz həyat hekayəsi –  “Ərim cəmi 6 ay dözdü, sonra bir gecədə yoxa çıxdı”