Yüksək təzyiqi olan insanlara qidalanmada əsasən duz və spirtli içkilərin qəbulunu azaltmaq tövsiyə olunur.
Medicina.az xəbər verir ki, mütəxəssislər gündəlik duz qəbulunu 5 qramdan, spirtli içkini isə həftədə 10 standart porsiyadan çox etməməyi məsləhət görür. Xüsusilə kolbasa, hazır yeməklər, duzlu pendirlər və digər emal olunmuş məhsullarda gizli duzun miqdarına diqqət etmək vacibdir.
Mütəxəssislər duzu azaltmaq üçün yeməklərdə daha çox göyərti, ədviyyat, sarımsaq və limondan istifadə etməyi tövsiyə edir. Hipertoniyası və ya böyrək xəstəliyi olan şəxslər isə qidalanma dəyişikliklərini həkimlə məsləhətləşməlidir.
Xanım,
Medicina.az