İmmunitetinizdə problem olduğunu göstərən 6 əlamət

  • 22 Okt 2020 18:25
  • 962 Baxış
İmmunitetinizdə problem olduğunu göstərən 6 əlamət

İndi kim immunitetinin 100% yüksək olduğundan əmindir? Viruslar, xəstəliklər zəif immunitetə qalib gələ bilir.
Bəs immunitetimizin hansı vəziyyətdə olduğunu necə bilək?

Medicina.az 6 xüsusi əlaməti təqdim edir. Əgər bunlar sizdə varsa, deməli, immunitetinizə çox da güvənməyin və onu möhkəmləndirmək barədə düşünün.

Statistikaya görə, hazırda dünya əhalinin 55%-dən çoxunda immunitet zəfliyi var, hansı ki, çoxu bundan heç şübhələnmir.

1. Dərinizə baxın - əgər onda müxtəlif dəri xəstəlikləri, sızanaq, akne, herpes, ləkələr varsa, deməli, immunitet zəifdir. Orqanizmdə dəri baryeri qorunmur, hormonal disbalans var.

2. Yaralar, kəsiklər gec sağalır. Əvvəkinə nisbətən yara izi, göyərmələr gec sağalıb itirsə, deməli, immunitet yaxşı işləmir.

3. Göbələk xəstəliklərindən tez-tez əziyyət çəkmək- fərqi yoxdur göbələk hardadır. Bakteriya və göbələklərin artması immunitetin zəifliyinin nəticəsidir

4. Tez-tez soyuqlama, qrip, zökəm – bu artıq immunitetin yorulmasıdır. Getdikcə vəziyyət pisləşə bilər

5. Daim yorğunluq, halsızlıq, yuxululuq – Orqanizmin resursları tükənib. Sinir, əsəb, depressiya da immuniteti zəiflədir

6. Əl-ayaqda müxtəlif hisslər- iynəbatırma, yanma, soyuma, qıcolma, keyimə- bütün bunlar da orqanizmdə vitamin mineral çatışmaması və təbii ki, buna bağlı olaraq immunitet zəfliyinin göstəricisidir.