İş şəraitində baş ağrısının səbəbi nədir?

  • 07 Sen 2020 16:54
  • 1196 Baxış
İş şəraitində baş ağrısının səbəbi nədir?

Pandemiya dövründə ofislərin evlərə köçməsi, virusa qarşı alınan tədbirlər və sosial mediaya bağlılığın artması daha uzun müddət oturaq vəziyyətdə qalmağımıza yol açdı. Bu hala yanlış oturma şəklini də əlavə etdikdə əzələ-sklet problemlərindən yan qaçmaq alınmadı. Həkimlər bildirirlər ki, ortaya çıxan problem nəfəs alma şəklimizə belə təsir edir: “Uzun müddət yanlış tərzdə oturmaq, onurğamıza daha çox təzyiq edir. Bu da ağrılı problemlərə yol açır. Müalicə edilmədiyi təqdirdə isə bel və boyunda duruş pozuntularına qədər onurğa ilə bağlı bir çox xəstəliklərə gətirib çıxarır.

Medicina.az mövzu ilə bağlı araşdırmanı təqdim edir:

İşə gedib-gələrkən, ofisdə işləyərkən, dərs çalışarkən və ya evdə dincəlmək kimi gündəlik həyatda bu kimi bir çox hərəkətlərdə ola bilirik. İngiltərədə aparılan bir araşdırmaya görə, yetişkinlər gündəlik orta hesabla 9.5 saat hərəkətsiz qalır. Bu hal 2-ci tip diabet, ürək xəstəlikləri, əzələ və skelet sistemi kimi bir çox sağlamlıq problemlərini özü ilə bərabər gətirir. İnsan bədəni dik duracaq şəkildədir. Ona görə də hərəkətli olaraq ayaqda qalmaq ürək və ürək-damar sisteminin daha təsirli işləməsinə şərait yaradarkən eyni zamanda, immunitet sistemininin önəmli bir hissəsini təşkil edən bağırsaqların da düzgün işləməsinə təsir edir.

Onurğamızın doğuşdan əyriliklərinin olduğunu deyən həkimlər "Oturduğumuz stuldan baxdığımız kompyuterə qədər bir çox hal buna təsir edə bilər. Bundan başqa, iş yerlərində ağrıyan başımızın səbəbi belə yanlış oturma şəkli ola bilər. Belimizə nə qədər az basqı olarsa, o zaman doğru oturma şəklindəyik. Günümüzün böyük hissəsini işləyərək keçiririk. Bu sırada çox diqqətli olmalıyıq. Stulda doğru olmayan oturuş şəkli isə qan və enerjimizi zəiflədir, bağırsaqların çalışma sürətini azaldır.

Doğru oturuş şəkli necə olmalıdır?

Oturarkən bəzi nöqtələrə diqqət etmək lazımdır. Unutmamamlı olduğumuz məsələ dik oturmaqdır. Kürəyinizin stula rahat bir şəkildə dəymədiyi yerlər varsa, xüsusilə aşağı hissədə bir arxalıq və ya yastıqdan istifadə edə bilərsiniz. Lazım gələrsə, boynumuzu da dəstəkləməlidir.
Dirsəklərimizi yanlarda tutaraq qollarda “L” şəklini yaratmalıyıq. Dizlərimizin arxası ilə stul arasında kiçik bir boşluq yaratmalıyıq. Eyni zamanda, baldırımıza da təzyiqin olmaması üçün ayaqlarımız yerə tam dəyməlidir. İşləyərkən ekrana baxma uzaqlığı 50-70 sm arasında olmalıdır.
Telefon, kompyuter ya da televizor qarşısında kürəyinizi bükən, boynunuzu düzləşdirən bir ağrı olmamalıdır. Burada ekranın yuxarı hissəsinin göz səviyyəsində olmasına da diqqət etməliyik.




X