İstidə sərinləyən ev üsulu dondurma: 4 ərzaqla

  • 2026.07.16 18:22
  • 104 Baxış
İstidə sərinləyən ev üsulu dondurma:  4 ərzaqla

Yay istisində sərinləmək üçün evdə dondurma hazırlamaq daha asan ola bilər. Cəmi 4 ərzaq, blender və dondurucu ilə kremli dondurma hazırlamaq mümkündür.

Medicina.az resept üçün lazım olan ərzaqları təqdim edir:

- 500 qram yetişmiş çiyələk
- 250 qram şəkər
- 250 ml qaymaq
- 1 limonun suyu

Bütün ərzaqlar blenderdə qarışdırılır, daha sonra qaba tökülərək təxminən 8 saat dondurucuda saxlanılır

Mütəxəssislər bildirirlər ki, dondurma zamanı qarışığı ara-sıra qarışdırmaq buz kristallarının yaranmasının qarşısını alır və daha yumşaq, kremli tekstura verir. Bu üsulla çiyələkdən başqa digər mövsümi meyvələrlə də ev dondurması hazırlamaq mümkündür.

Xanım,
Medicina.az