Kişi ilə bir yataqda uzun müddət yatmaq zərərlidir

  • 2026.07.27 21:16
  • 127 Baxış
Kişi ilə  bir yataqda uzun müddət yatmaq   zərərlidir

Britaniyalı alimlər partnyorla, xüsusən kişilərlə eyni yataqda yatmağın təhlükələri barədə xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, Lids Universitetinin tədqiqatçıları britaniyalıların 29%-nin xroniki olaraq yuxusuzluq keçirdiyini və bunda partnyorlarını günahlandırdığını müəyyən ediblər.

Mütəxəssislərin fikrincə, ən çox yayılmış problem partnyorlardan birinin xorultusudur. Otaq temperaturuna və fərqli fəaliyyət səviyyələrinə həssaslıq da çətinliklər yarada bilər.

"Bəzi insanlar yatmazdan əvvəl kitab oxumağı, digərləri isə televizora baxmağı sevirlər. Bir kompromis tapılmalıdır. Yaxud da nəticədə istənməyən səs-küyü və işığı qarşısını almaq üçün qulaq tıxaclarından və yuxu maskalarından istifadə edin”.


Aygün Musayeva