Kişi yuyucu maye içib özünü zəhərlədi

  • 2022.12.17 16:38
  • 1816 Baxış
Kişi yuyucu maye içib özünü zəhərlədi

Gəncədə 37 yaşlı kişi zəhərlənib.

"Medicina" xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayonunda yerləşən binaların birində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Natiq Məmmədov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, 37 yaşlı kişi təmizləyici vasitə içib. N.Məmmədovun hansı səbəbdən özünü zəhərləməsi məlum deyil.