Köpək balığı insan orqanizmini möhkəmlətməyə kömək edə bilər

  • 2022.09.14 13:47
  • 3052 Baxış
Köpək balığı insan orqanizmini möhkəmlətməyə  kömək edə bilər


İnsan immunitetinin açarı akula orqanizmində yerləşir.

Onların immun sistemi insandan 10 dəfə yüksəkdir və yeni dərmanlar hazırlamağa uyğundur.

"Medicina" xəbər verir ki, 400 milyon illik təkamül prosesində onların immun sistemi fövqəl dərəcədə güclənib.

Köpək balığı istənilən virus, bakteriya və şişə qarşı dözümlüdür.

Ona görə balıqlar içində onlar çox yaşayır, bəzi növləri 70 ilə çatır.

Onların dərisi də yaraları, travmanı ildırım sürətilə sağaldır.

Alimlər köpək balığı hüceyrələri ilə xərçəng və revmatoid artritə qarşı yeni dərman hazırlamaq üzərində çalışır.

Köpək balıqlarında T hüceyrə və antitellər insandakından 10 dəfə kiçikdir, bu da imkan verir ki, onlar bakteriya və şiş hüceyrələrinin içinə asanlıqla keçib onları zərərsizləşdirir.

Bundan öncəki araşdırmalarda köpək balıqlarının insanda yeni diş çıxarmasına kömək edə biləcəyi sübut olunmuşdu.

Aygün Musayeva