Koronavirusa qarşı yeganə effektiv dərman odur - Dünya Səhiyyə Təşkilatı

  • 2020.10.19 16:58
  • 2472 Baxış
Koronavirusa qarşı yeganə effektiv dərman odur   - Dünya Səhiyyə Təşkilatı

Çin bəlası koronavirusa qarşı müalicəvi dərmanın və peyvədin olmadığı bir vaxtda Dünya Səhiyyə Təşkilatı bir sıra dərmanları da siyahıdan çıxarır.


Medicina.az xəbər verir ki, ÜST rəhbəri Tedros Adan birinci dalğada ümidləri doğrultmayan, lakin böyük ümidlər olan Remdesivir, Ritonavir, İnteferon, Kaletra kimi dərmanları müalicə sxemindən çıxarıb


ÜST rəhbəri bu gün yeni koronavirusa qarşı yeganə effektiv preparatın Deksametazon olduğunu bildirib.
Bu dərman da ağır xəstələr, xüsusən süni tənəffüs aparatında olan xəstələr üçün uyğundur.


Digər dərmanların effektivliyi ətrafında aparılan tədqiqatlar bu dərmanların xəstəliyin gedişi və müalicəsinə heç bir təsir etmədiyini sübut edib.


Qeyd edək ki, Deksametazon 1960-cı ildə sistem qırmızı qurd eşənəyi müalicəsi üçün kəşf edilən iltihab əleyhinə hormonal dərmandır.

Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.