Koronavirusdan sağaldıqdan sonra bu müayinələrdən keçməlisiz - Səbəblər, SİYAHI

  • 2020.07.31 18:19
  • 8916 Baxış
Koronavirusdan sağaldıqdan sonra bu müayinələrdən keçməlisiz  - Səbəblər, SİYAHI

Koronavirus çox sirli, yeni, ağıllı, aqressiv və bir çox fəsadları olan virusdur. Onun müalicə dövründən sonra orqanizmdə özünə necə təsir buraxacağı haqda məlumatlar hələ indi əldə olunur.

Həkimlər istər xəstəxanada, istər evdə müalicə alan xəstələrin sağaldıqdan bir müddət sonra xəstəliyin digər orqanlara təsirini yoxlamaq və profilaktika məqsədilə müəyyən müayinələrdən keçsələr yaxşı olar.

Medicina.az xəbər verir ki, koronavirusdan sağaldıqdan sonrakı 1 ayda bu müayinələr mütləqdir, xüsusilə yaşı 45-dən yuxarı olanlar üçün

1. Ürəyin müayinəsi - EXQ, EKQ, kardioloq və bəzi qan analizləri – koronavirus ürək xəstəlikləri riskini artırır

2. Pulmonoloq müayinəsi – ağciyər və bronxların diqqətdə saxlanması üçün. Çox zaman orta və ağır xəstələrdə ağciyərlərdə fibroz ocaqlar olur. Onların sağalması üçün müəyyən dəstək və təlimatlar lazımdır

3. Koaluqramma analizi – qanın laxtalanması, trpomb təhlükəsi və s.

4. Baş damarlarının və boyun şah damarlarının dopleri

5. Ayaq damarlarının dopleri – tromboz səbəbinə görə

6. Daxili orqanların USM müayinəsi – xüsusən qaraciyər, böyrəklər, qalxanvari vəz və s

7. Qaraciyər göstəriciləri -analizi ALT AST Hepatit (xüsusən xəstəxanada yatanlar)

8. Sidiyin analizi

9. Qanın ümumi analizi, dəmir, qanda C reaktiv zülal, iltihab göstərici və s

10. Nevroloq, psixoterapevt müayinəsi


Mümkün qədər bu müayinələrdən ilk 1-2 ayda keçməyiniz məsləhətdir. Ola bilər ki, koronavirus müəyyən orqanlarda izlər qoysun və bunu bilməyəsiz.



  • Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.