“Koronavirusun ağciyərlərdə yaratdığı pnevmoniya deyil” - Patoloqanatomdan şübhələr

  • 2020.04.16 18:47
  • 12886 Baxış
“Koronavirusun ağciyərlərdə yaratdığı pnevmoniya deyil”   -  Patoloqanatomdan şübhələr


“Meyitlərin müayinəsi göstərdi ki, koronavirusdan ölənlərin ağciyərlərindəki pnevmoniya “təmiz,əsl” pnevmoniya deyil, bu spesifik, ağciyərlərin daha ağır zədələnməsidir”.


Medicina.az xəbər verir ki, bu sözləri rusiyalı patoloqanatom Aleksandr Ediqer bildirib.


“Bu heç də pnevmoniya deyil. Pnevmoniya üçün mikrob və mikrob-virus oyadıcılarla iltihabi zədələnmə xarakterikdir. Nəticədə yerli iltihabi cavab yaranır. İltihabın müəyyən inkişaf dövrü var, bu prosesin bir sonu olmalıdır.


Ağciyərlərin pnevmoniyası bir neçə ssenari üzrə gedir, ən ağır halda letal sonluq ola bilər.


Amma koronavirus xəstələrində ağciyərlərlə yanaşı, damar divarlarının və qan hüceyrələrinin, eritrositlərin zədələnməsi baş verir, hüceyrələrə oksigen çatmır.


Koronavirusun yaratdığı təkcə pnevmoniya deyil, o özünəməxsus şəkildə ciyərləri zədələyir – deyə həkim bildirib.