Kosmos beynin strukturunu dəyişir

  • 2023.06.16 19:08
  • 1363 Baxış
 Kosmos beynin strukturunu dəyişir
Kosmos səyahəti insan orqanizmi üçün çətindir, çünki qapalı məkanda uzun müddət sosial təcrid olunmaq psixoloji stresslə yanaşı, orqanizmi mikroqravitasiya və artan radiasiya kimi müxtəlif təhlükələrə məruz qoyur.



“Medicina” xəbər verir ki, elm adamları kosmosa uçuşun səbəb olduğu beyin morfologiyasındakı dəyişiklikləri başa düşmək üçün beynin boz maddəsi və mədəciyin həcmindəki dəyişiklikləri, hüceyrədənkənar sərbəst suyun paylanması və digər parametrləri qiymətləndiriblər.


Bu araşdırmada tədqiqatçılar 30 astronavtdan alınan maqnit rezonans görüntüləmə (MRT) məlumatlarından istifadə ediblər.


Tədqiqatçılar ağ maddənin mikrostrukturunda daha kiçik dəyişikliklərlə yanaşı, boz maddə həcmində, mədəciklərin genişlənməsində və suyun sərbəst hərəkətində dəyişikliklərin daha uzun missiyalar üçün daha böyük olacağını fərz ediblər. Daha qısa missiya intervallarının və beyin strukturunda daha kiçik dəyişikliklərə səbəb olduğu da irəli sürülüb.


Tədqiqatın nəticələrinə görə,uzun kosmik uçuşlar beynin üçüncü və sağ yan mədəciklərinin daha yüksək dərəcədə genişlənməsi ilə nəticələnir. Bu dəyişikliklər həm də kosmosda olmağın ilk altı ayında baş verib və sonradan daha uzun missiyalar üçün sabitləşib.


Təcrübəli astronavtlarda kosmosa uçuşdan sonra sağ mədəciyin kənarları boyunca sərbəst suyun fraksiya həcmi artıb, iki və ya daha çox uçuşda olanlarda isə eyni ərazidə onun azalması müşahidə edilib.

Beləliklə, çoxsaylı kosmik uçuşlar və cazibə qüvvəsinin dəyişməsinə uyğunlaşma sərbəst suyun fraksiya həcmində əhəmiyyətli dəyişikliklərə səbəb olur.

Missiyalar arasında üç ildən az fasilələri olan ekipaj üzvləri növbəti missiyadan sonra mədəcik genişlənməsini yaşamadılar, üç ildən çox missiyalar arasında bərpa müddəti olanlar isə növbəti missiyadan sonra mədəciklərin genişlənməsini yaşayıblar. Bu üç ildən az bir intervalın mədəciklərin bərpası üçün kifayət etmədiyini göstərir.

Aynurə Məmmədova