Qeyri-adi qida bloqçusu Cai Nan müxtəlif mürəkkəb texnikalardan istifadə edərək qeyri-adi yeməklər hazırlaması ilə məşhurdur.
Medicina.az xəbər verir ki, onun yaratdığı şəffaf toyuq Çin kulinariyasının təsirli nailiyyətidir.
Cai Nan bu toyuğu necə yaratdığını dəqiq şəkildə bölüşməyə hazırdır, lakin resept hər aşpaz üçün deyil. Belə ki, bloger sümüklərdən başlayaraq qızardılmış toyuğu hissə-hissə yenidən yaratdı.
O, sümük iliyi, kollagen və soyuq gel qarışığını toyuq sümükləri şəklində qəliblərə yerləşdirdi və bərkiməsi üçün soyuducuya qoydu. Əti hazırlamaq üçün əvvəlcə toyuğu sulu mayeyə çevirən bir cihazdan istifadə edib.
Daha sonra molekulyar qastronomiyada geniş istifadə olunan sferifikasiya adlanan bir üsulla əzələ liflərinin quruluşunu bərpa etdi. Nəhayət, şüşəli ət və sümüklər başqa bir qəlibə yerləşdirildi. Bir çox insan şəffaf toyuğu görəndə onu o qədər iyrənc hesab etdi ki, yemək və toxunmaq belə istəmədilər.
Aygün Musayeva