Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Meditasiya və hipnoz etdikdə, beyində nə baş verir?

  • 2023.08.09 14:42
  • 1257 Baxış
Meditasiya və hipnoz etdikdə, beyində nə baş verir?
Bəzi dərmanları qəbul etdikdən sonra, meditasiya, hipnoz zamanı insanın normal zehni vəziyyətindəki dəyişikliklər bir neçə ildir araşdırma mövzusudur. Təqdiqatçılar bu periodda beyində hansı dəyişiklərin baş verdiyini araşdırıblar.

Dəyişmiş şüur olaraq bilinən bu zehni dəyişikliklərdən bəzilərinin stresi azaltmaq və əhval-ruhiyyənin yaxşılaşdırılmasına kömək etmək üçün potensial faydalı təsirlər göstərdiyi aşkar edilmişdir.

“Medicina” xəbər verir ki, Sürix Universiteti psixiatriya xəstəxanasının tədqiqatçıları bu yaxınlarda depressiya və digər psixiatrik xəstəliklərin müalicəsi üçün müxtəlif psixotrop dərmanların beyinə necə təsir etdiyini araşdırdılar. Biological Psychiatry jurnalında dərc olunan məqalədə, onlar psixotrop dərmanlar qəbul edən insanların beyinlərini meditasiya edən və ya hipnoz edilmiş digər insanların beyinləri ilə müqayisə ediblər.


Tədqiqatçılardan biri Nataliye Rieserin sözlərinə görə , dəyişmiş şüur vəziyyətlərinin zehni xəstəliklərin müalicəsində getdikcə aktuallaşdığını nəzərə alaraq, müxtəlif tədqiqatlarda bu tip dərmanların beyinə necə təsir etdiyi maraqlıdır.

Qəribədir ki, insanlar tez-tez hipnoz, meditasiya və ya psixodelikanın yaratdığı təcrübələrin oxşarlığını bildirirlər. Bu araşdırmanı aparan həkimlər iştirakçıları iki yerə bölərək dərmanların və hipnoz və ya meditasiyanın beyinə olan təsirini araşdırmaq üçün hər iki komandanı MRT şəraitində izləyiblər.


“Dörd eksperimental sınaq zamanı bütün iştirakçılardan ibarət komandalardan heç bir tapşırıq vermədən və ya heç bir fəaliyyət göstərmədən MRT skanerinin içərisində yatmalarını tələb etdik. MRT skaneri beyin fəaliyyətini həm normal şüur vəziyyətində, həm də bu testlə əlaqəli dəyişdirilmiş şüur vəziyyətində qeyd etdi (yəni dərman qəbul etdikdən sonra, meditasiya zamanı və ya hipnoz altında).


Araşdırma nəticəsində iştirakçıların beyin fəaliyyəti təhlil edildi və nəticədə məlum oldu ki, dərmanların qəbulu zamanı, meditasiya yaxud hipnozun təsiri altında olan beyinlərə nəzər saldıqda, onlarda üst-üstə düşən fərqliliklərin əks olunmasına baxmayaraq, bu dəyişiklərin əsasını təşkil edən səbəblər hər beyində fərqlidir. Araşdırmaların davam etdiyini söyləyən tədqiqatçılar hal-hazırda başqa yöndə işlədiklərini də qeyd etdi.


"İndi eyni zamanda sağlam insanlarda dərmanların təsir mexanizmlərini və alkoqol istifadəçisi, həmçinin ağır depresif xəstəlikləri olan xəstələrin müalicəsində klinik tətbiqləri araşdırmaq üzərində işləyirik". Onların effektivliyini qiymətləndiririk və ağır dərmanların terapiyasına cavab olaraq beyin, davranış və idrak qabiliyyətlərindəki dəyişiklikləri araşdırırıq”.

Xanım