16 yaşlı məktəbli yarım il idi ki, bronxitdən müalicə olunurdu. Həkimlər valideynləri əmin etmişdilər ki, qorxulu heç nə yoxdur. Amma qızın vəziyyəti gündən-günə pisləşirdi. Qızı xəstəxanaya da yerləşdirmirdilər ki, ehtiyac yoxdur. Ötən həftə qəfildən halı pisləşən qızı reanimasiyaya yerləşdirdilər, 3 gün sonra pasiyent öldü.
Medicina.az xəbər verir ki, Novosibirsk şəhərində 16 yaşlı Marina İsmaylovanın həkimlərin səhv diaqnozu və müalicəsi nəticəsində ölməsi vilayəti ayağa qaldırıb.
Xəstəxanada aparılan diaqnostik tədbirlərdən sonra məlum olub ki, pasiyent limfatik sistemin xərçəngindən əziyyət çəkirmiş.
Qızın anası sentyabrdan öskürək səbəbindən poliklinikaya getdiklərini bildirdi:
"Qızım 9 yaşından bronxitdir. Soyuqlar düşəndə öskürürdü, müalicə alırdıq. Oktybrda poliklinikaya gedib, pulmonoloqa göndəriş almaq istədik. Amma orda pediatr bizi qəbul edib, müalicə, inhalyasiya, fizioterapiya yazdı. Amma müalicə effekt vermirdi, qızımın hemoqlobini düşürdü.
Öskürəyin kəsilmədiyini görüb, güc-bəla ilə yanvarda pulmonoloqun qəbuluna düşdük. O da bizə qorxulu heç nə demədi. Qızım məktəbə gedə bilmirdi. Pediatr və sahə həkimi də bronxit deyirdilər. Xəstəxanaya isə götürmürdülər ki, yer yoxdur. Bİz az qala həkimlərə, baş həkimə yalvarırdıq.
Qızım evdə xəstə yatdı, limfa düyünləri iltihablandı, getdikcə zəiflədi. Təcili yardımla qızdırma içində xəstəxanaya bir dəfə götürdülər, analizlər, rentgen, axırda da pnevmoniya diaqnozu qoyub, evə yazdılar”.
Uşağın ölümündən sonra tibbi kartının surətini aldım, orda hər şey qarışıq idi. Amma bir analizdə yazılmışdı ki, onkologiyaya şübhə yaradan antitel var, 1 ay sonra yenidən analiz verilməlidir. Amma həkim bunu görməmişdi, görsə də heç nə demədi və təkrar analiz verilmədi. Kartda çox şeylər də səhv yazılıb”.
Bir çox həkimlər Marinaya qızını özəl klinikaya aparmağı məsləhət görsələr də, ananın pulu olmadığından razı olmamışdı. Amma indi o özünü kredit götürüb, qızını müalicə etdirmədiyinə görə qınayır.
Qızının ölümündə həkim səhlənkarlığına görə hüquq orqanlarına müraciət edən ananın işi üzrə araşdırma 1 ay keçəndən sonra başlayıb. Yeniyetmənin ölüm səbəbində vilayət poliklinika və xəstəxana həkimlərinin səhvi təqdiqlənsə, vətəndaş vilayət səhiyyə idarəsindən məhkəmə yolu ilə maddi təzminat ala biləcək.