Məşhur müğənni cinsi əlaqədə olmağın qaydalarını açdı

  • 2026.08.26 23:06
  • 114 Baxış
Məşhur müğənni cinsi əlaqədə olmağın qaydalarını    açdı


Məşhur Qaanalı müğənni partnyorlarının seks zamanı riayət etməli olduğu qaydaları açıqladı.


Medicina.az xəbər verir ki, Mzbel ləqəbi ilə çıxış edən 46 yaşlı Belinda Nana Ekua Amoah, onunla cinsi əlaqədə olmaq istəyən kişinin, ona bir neçə gün əvvəl xəbərdarlıq etməli olduğunu söylədi.


"Məsələn, cümə günü cinsi əlaqədə olduğumuzu deməlisiniz. Xəbərdarlıq etməlisiniz; mən maşın deyiləm. Hazırlaşmalıyam", - deyə müğənni bildirib.

O, seksdən o qədər də zövq almadığını və bunu olduqca darıxdırıcı hesab etdiyini əlavə edib. Müğənni həmçinin yaxınlıqdan əvvəl partnyoruna bir sıra suallar verdiyini və yalnız cavabları bəyəndiyi təqdirdə sekslə məşğul olmağa razı olduğunu açıqlayıb.

Belinda Nana Ekua Amoah ən uğurlu Qanalı müğənnilərdən biridir. O, həmçinin Nigeriya, Liberiya, Kot-d'İvuar və Keniyada da məşhurdur. O, 2004-cü ildə çıxan debüt albomu "Awoso Me" ilə geniş şöhrət qazanıb.

Lakin müğənni etiraf edib ki, 20 illik karyerasında heç bir mükafat qazanmayıb.

Aygün Musayeva