Mətbəx süngərini belə təmizləyin

  • 2026.08.03 14:12
  • 154 Baxış
Mətbəx süngərini belə təmizləyin

Mətbəxdə hər gün istifadə edilən süngər evdəki ən çox çirklənən əşyalardan biri hesab olunur.

Medicina.az xəbər verir ki, nəm və qida qalıqları ilə dolu olan süngərlərdə Salmonella və E. coli kimi təhlükəli bakteriyalar toplana bilər.

Araşdırmalara görə, sadəcə su ilə yaxalamaq süngəri tam təmizləmir. Bakteriyalar süngərin məsamələrində uzun müddət qala və hər qab yuyularkən yenidən səthlərə yayıla bilər.

Mütəxəssislərin tövsiyə etdiyi ən təsirli üsullardan biri süngəri mikrodalğalı sobada 1 dəqiqə qızdırmaqdır. Bunun üçün süngər əvvəlcə tam isladılmalı, daha sonra yüksək temperaturda qısa müddət qızdırılmalıdır. Bu üsulun bakteriyaların böyük hissəsini məhv etdiyi bildirilir.

Xanım,
Medicina.az