Mətbəxdə işlərimizi asanlaşdıran ÜSULLAR

  • 2020.09.17 11:25
  • 3351 Baxış
Mətbəxdə işlərimizi asanlaşdıran  ÜSULLAR
Əgər mətbəxdə daha asan və vaxta qənaət edərək iş görmək istəyirsinizsə, bu xəbər tam sizin üçündür. Belə ki, sadə üsullarla işinizi həm səliqəli, həm də daha rahat görmüş olarsınız.

Medicina.az həmin üsulları təqdim edir:

Buz küplərinin daha şəffaf olmasını istəyirsinizsə, qabı soyuq su ilə deyil, qaynadılmış su ilə dondurun.



Göyərtiləri doğrayarkən bıçağa yapışmaması üçün üzərinə biraz duz əlavə edin.



Kəsilmiş tortların təzə qalmasını istəyirsinizsə, hava alan hissələrinə çörək dilimləri yerləşdirin cə diş çöpləri ilə sabitləyin.



Evdə hazırlanan tortların daha yaş olması üçün tərkibinə mayonez əlavə edin.



Tək səfərdə daha çox meyvə və ya tərəbəz kəsməli olsanız, plastik saxlama qablarının arasına qoyaraq kəsin.




Çizkeki bişirdiyiniz qəlibdən dağılmadan çıxarmaq üçün isidilmiş bıçaqdan istifadə edin.



Daha qabarıq keklər üçün yumurta sarısı və ağını ayrı-ayrı çırpın.



Bayat çörəklərin təkrardan daha təzə olması üçün suyla isladıldıqdan sonra sobada 5 dəqiqə gözləıdin.



Kərə yağını yumşaltmaq üçün mikroalğalı sobada 1 stəkan su isidin sonra suyu tökdükdən sonra stəkanl kərə yağının üstünə qoyun.



Aygün Nəbiyeva