Mütəmadi menstruasiya üçün saat 23:00-da yatın - Gec yatanda nə baş verir?

  • 2026.07.20 10:24
  • 353 Baxış
Mütəmadi menstruasiya üçün saat 23:00-da yatın -  Gec yatanda nə baş verir?

Bədənimizin bioloji saatı hormonlarımızın nə vaxt ifraz olunduğunu müəyyən edir.

Medicina.az xəbər verir ki, araşdırmalara görə, saat 23:00-dan gec olmayaraq yatmaq ovulyasiyanın müntəzəmliyini və menstrual dövrü birbaşa qoruyur.

Gec yatanda nə baş verir?

- Stress hormonlarınız artır və bu da yumurtalıqlarınızın fəaliyyətini çətinləşdirir.
- Gözəllik və gənclik hormonu kimi tanınan melatoninin ifrazı azalır.
- Mütəmadi menstruasiyanı təmin edən zərif qadın hormonlarının balansı pozulur.

Bir sözlə; bu gecə özünüzə bir yaxşılıq edin və hormonlarınızı balanslaşdırmaq və bədəninizi dəstəkləmək üçün saat 23:00-dan əvvəl yataqda olun.

Aygün
Medicina.az