Əgər nənələr gəncliyində hamiləlik dövründə siqaret çəkirdilərsə, nəvələrində autizm simptomları inkişaf etmə ehtimalı xeyli yüksəkdir. Bu, siqaret çəkməyin hətta nəsillər boyu doğulmamış uşağın sağlamlığına mənfi təsir göstərə biləcəyini göstərən ilk tədqiqatdır.
Medicina.az xəbər verir ki, alimlərin gəldiyi nəticəyə görə, qadın siqaret çəkirsə, bu, onun nəvəsinə autizm diaqnozu qoyulma ehtimalını artırır. Lakin bu risk yalnız hamilə nənə öz hamiləliyi dövründə, yəni nəvəsinin uşağını daşıyarkən siqaret çəkdikdə yaranır.
Tədqiqatçılara görə, bu halda qıza autizm spektr pozğunluğu diaqnozu qoyulma ehtimalı 53% artır. Bu qızlarda həmçinin autizmlə əlaqəli davranış əlamətləri, məsələn, aşağı aktivlik və təkrarlanan davranışlar nümayiş etdirmə ehtimalı 67% daha yüksəkdir.
Alimlər hesab edirlər ki, tütün tüstüsü yumurta hüceyrələrinə mənfi təsir göstərir və sonradan uşaqların inkişafına təsir edən dəyişikliklərə səbəb olur. Lakin tədqiqatçılar hesab edirlər ki, qızlarda siqaret çəkmə və autizm arasında nəsillərarası əlaqənin dəqiq mexanizmini və nənələr və nəvələr arasında oxşar bir əlaqənin olub-olmadığını müəyyən etmək üçün əlavə araşdırmalara ehtiyac var.
Bristol Universitetinin alimləri 14.500 insanın sağlamlığını təhlil edərək inandırıcı dəlillər əldə edə biliblər. Məlumatlar illər ərzində toplanıb və bu da tədqiqatçılara digər risk faktorlarının təsirini istisna etməyə imkan verib. Onlar vurğulayırlar ki, doğulmamış uşağı tütün tüstüsündən qorumaq gələcək ananın uşağına verə biləcəyi ən dəyərli hədiyyələrdən biridir.
Aygün Musayeva