Nəyə görə adi insanlar koronavirusdan sağalır, həkimlər ölür? - Həkim sirri açıqladı

  • 2020.08.11 17:44
  • 8676 Baxış
Nəyə görə adi insanlar koronavirusdan sağalır, həkimlər ölür?   -  Həkim sirri açıqladı

Koronavirusun hansı dərəcədə keçməsi və ağırlığı xəstənin yaşından, immunitetindən də çox, nə qədər virus yükünə məruz qalmasından birbaşa asılıdır.

Məhz burda maska və sosial məsafənin rolu qabarır.

İnsanları düşündürən bir sualın cavabı da elə burdadır: “necə olur ki, adi insanlar xəstələnir, aparata qoşulsa da sağalır, amma gənc və orta yaşlı həkimlər ağırlaşır və ölür?”

Medicina.az həkim terapevt, pandemiya xəstəxanasının həkimi Kəmalə Nəbiyevanın açıqlamasını təqdim edir:


“ Virus yükü nədir, nə önəmi var. Bunu sadə dillə izah edim ki, oxucular anlasın. Burda söhbət maskalı və maskasız şəxsin yoluxmasından gedir. Məsələn, götürək maskalını. İnsan qapalı yerdə, nəqliyyatda maska ilə gəzir.


Düzdür virusun sayı olmur, amma belə izah edim ki, tutaq ki, bu gün hansısa şəraitdə, xəstə ilə təmas olduz, ya əlləriniz virusa bulaşdı, sonra o əlləri burnunuza, ağzınıza toxundurduz və siz 5-7 virus tutduz.

Bir iki gün sonra yenə riskli yerə gedirsiz, maskadasız, ordan da 3-4 virus tutursuz. Maskanın üzərindən əlini üzünə vuran, maskanı çənəyə salıb, çıxarıb, yenidən taxanda da yoluxma baş verir. Bu mərhələləli yoluxma hesab edilir və virus yükü azdır. Belə xəstələr xəstəliyi ayaqüstü, evdə və yüngül keçirir.


Maska olmayanda, əlini burnuna, ağzına vuranda, ara məsafə saxlamayanda, avtobusda, marketdə xəstə ilə üz-üzə gələndə daha çox sayda, daha güclü virus yükünə məruz qalırsız. Belə hesab edin ki, virus yüksək dozada daxil olur. Orqanizm bu virusu tanıya bilmir, başlayır kəskin reaksiya verməyə. Belə xəstələr ağır keçirir.

Bu cür yoluxmalar kollektivdə, ailə içində çox olur. Axı evdə heç kim maska taxmır. Ona görə evdən çıxıb evə gələn ailə üzvü mütləq yaxşı maskada və ehtiyatıl olmalıdır ki, evə özündə daha az virus yükü gətirsin.
Virus orqanizmi qəfildən, yüksək miqdarda yaxalamamalıdır.

Çünki orqanizm istənilən təhlükəli vəziyyətdə səfərbər olmağı bacarır. Az-az, hissəvi yoluxanda isə onu bir qədər stressiz qarşılayır. Sanki peyvənd effekti kimi təsir göstərir, bu da xəstənin və onun ailə üzvlərinin xilası deməkdir.

Biz virusu gözümüzlə görmürük. Amma elə təsəvvür edin ki, qarşınızda hardasa, kimdəsə milyonlarla virus var. Sən o virusdan çox az miqdar almaq üçün çalışmalısan.

Bu baxımdan yaxşı bir maska həqiqətən insanı müdafiə edə bilər. Maska virus yükünü azaldır. Ola bilər maskadan kimdənsə virus keçir, amma bu az sayda olur.

Həkimlərin daha tez-tez ağırlaşmasının da səbəbi budur. Onlar hər gün daha çox xəstə ilə üz-üzə gəlir və gündəlik maksimal dozada virus ala bilər. Hətta maskada olsa belə, virus maskadan keçə bilir. Məsələn, adi xəstə yolda, evdə 100 virus zərrəsi ilə yüklənir, həkim isə, xüsusən reanimasiya həkimi milyon virus zərrəciyi. Orqanizm bu qədər axın qarşısında tab gətirə bilmir və ağciyərlər daha çox sıradan çıxır,,ağırlaşır”.



  • Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb