Vaginal axıntı qadın reproduktiv sisteminin özünü təmizləməsinin təbii hissəsidir. Normal axıntı hər qadında olur və menstrual dövrə görə dəyişə bilər.
Medicina.az normal axıntının xüsusiyyətlərini təqdim edir:
Şəffaf, ağ və ya süd rəngində olur.
Kəskin və xoşagəlməz qoxusu olmur.
Qaşınma, yanma və ağrı ilə müşayiət olunmur.
Ovulyasiya dövründə daha çox və elastik (yumurta ağına bənzər) ola bilər.
Hansı hallarda həkimə müraciət etmək lazımdır?
Axıntı yaşıl, boz və ya tünd sarı rəng alarsa.
Pis və ya balıq qoxusuna bənzər qoxu olarsa.
Güclü qaşınma, yanma və ya ağrı yaranarsa.
Köpüklü, kəsmikəbənzər və ya qanlı axıntı müşahidə olunarsa (menstruasiya ilə əlaqəli deyilsə).
Bu əlamətlər vaginal infeksiya və ya digər ginekoloji problemlərin göstəricisi ola bilər. Belə hallarda özbaşına dərman qəbul etmək əvəzinə ginekoloqa müraciət etmək daha düzgün yanaşmadır.
Aygün
Medicina.az