Onkologiyada vətəndaş zülüm çəkir, pulu olmayan ölür - Millət vəkili

  • 31 May 2022 16:29
  • 887 Baxış
Onkologiyada vətəndaş zülüm çəkir, pulu olmayan ölür  - Millət vəkili


Nə vaxta qədər Azərbaycanda Onkologiyada xəstələr zülüm çəkməlidir? Pulu olan başını götürüb gedir Türkiyəyə, Almaniyaya, pulu olmayan burda qalıb ölür.


Bakupost.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bu gün Milli Məclisin plenar iclasında onkoloji xəstələrdən və dərmanların keyfiyyətindən danışarkən deyib:

“Həqiqətən də onkoloji xəstələr üzrə vəziyyət acınacaqlıdır.

Burda xidmətin səviyyəsini normal etsək də, pulu olmayan insan bunu əldə edə bilmir. Onkoloji xəstələrin müalicəsi İcbari Tibbi Sığortaya daxil edilməlidir ki, imkanı olmayan vətəndaşlar bundan yararlana bilsin.

Bizdə dərmanların keyfiyyəti zəif, qiymətlər də bahadır. Dərman sənayemiz çox aşağı səviyyədir. Bəlkə biz Türkiyənin dərman sənayesi ilə öz dərman istehsalımızı birləşdirək? Belə bir təklif də vermişik. Necə ki, bir millət 2 dövlət şüarımız var. Bunu Bir Millət, bir dərman, 2 dövlət edək.

Elə şərait yaratmalıyıq ki, əhali ordan-burdan dərman alıb gətizdirməsin”.