Orqanizmdə kaliy çatışmazlığı – Ürəyə ciddi təhlükə

  • 2020.10.09 17:50
  • 2951 Baxış
Orqanizmdə kaliy çatışmazlığı  – Ürəyə ciddi təhlükə

Əgər siz daim özünüzdə zəiflik, yorğunluq, həvəssizlik hiss edirsizsə, əl ovuclarınız şişirsə,ürəyiniz ağrıyırsa, çox güman ki, kaliy mineralı çatışmır.


Medicina.az xəbər verir ki, kaliy kifayət qədər qida məhsullarında olan elektrolitdir, bütün bədəndə elektrik impulslarını ötürür.

Əzələlərin yığılıb açılması, sinirlər, maye balansı, qan təzyiqi – bunları kaliy normallaşdırır.
Ürək də böyük bir əzələ orqanı olduğu üçün onun impulslarını kaliy idarə edir.
Eləcə də qaraciyər, ürək və böyrəklər üçün xüsusən yaşlı adamlarda vacibdir.

Kaliy yetməzliyinin simptomları:

Bunu görmək, hiss etmək çox asandır. Əzələ zəifliyi, ürək ritmində dəyişiklik, cavan ikən özünü qoca hiss etmək və s.

- Huşun dumanlanması
- Aşağı təzyiq
- Qıcolmalar, uyuşma
- Ürəkbulanma, qusma
- Qəbizlik
- Əl-ayaqda əzələ, sinir atması
- Aritmiya
- Ayaq, ovuc, üzün, qarının şişməsi
- Qarında köpmə, mədənin spazmı

Niyə görə kaliy azalır?

Bir çox xəstəliklər, güclü tərləmə, az su içmək, bədənin susuzlaşması, qusmalar, ishal, sinir, əsəb problemləri, zərərli qida.

Nələr yeməli?

Qoz, lobya, kartof, banan, ispanaq, brokkoli kaliylə zəngindir

Bir insana sutkada 1800-2000 mkq kaliy lazımdır.

Kaliy yetməzliyi analizi asanlıqla analizlə təyin olunur. Kaliylə çox zaman yanaşı digər elektrolitlər də analiz edilir. Bunlar natrium, maqniydir.

Bu analizlərdən Mediplus klinikasının müasir laboratoriyasında keçə bilərsiz
Medicina.az oxucuları üçün 20% endirim
Ünvan: Bakı şəh.Yasamal Rayonu Mirəli Seyidov küçəsi 26.

Tel: 055 252 45 94;
012 434 59 36