"Pfizer" Delta ştammına qarşı təsirlidirmi? - Vaksinin yaradıcısı AÇIQLADI

  • 2021.07.02 16:16
  • 1980 Baxış
"Pfizer" Delta ştammına qarşı təsirlidirmi? -  Vaksinin yaradıcısı AÇIQLADI
“BioNTech” vaksini Delta ştammına qarşı da təsirlidir.

Medicina.az xəbər verir ki, bunu vaksinin yaradıcısı Uğur Şahin deyib. Onun sözlərinə görə, insanlar üçüncü doza vaksinə hazırlıqlı olmalıdırlar:

“Vaksinasiya olunanların immuniteti zamanla azalır və bu müddətdə yeni variantlar ortaya çıxır. Üçüncü doza vaksinin immuniteti yeniləmək üçün yüksək bir dəyərə sahib olacağını düşünürəm. Amma üçüncü doza vaksinin nə zaman və hansı aralıqla vurulmalı olduğunu hələ bilmirik”.

Uğur Şahin ABŞ-lı ortaqları ilə bu il 3 milyard doza vaksin istehsal etməyi planladıqlarını bildirib. U. Şahin qeyd edib ki, gələcək il bu rəqəm daha da artacaq.