Putin özünü təcrid etdi

  • 14 Sen 2021 13:23
  • 520 Baxış
Putin özünü təcrid etdi
Rusiya Prezidenti Vladimir Putin yeni növ koronavirus (COVID-19) infeksiyasına görə özünütəcrid rejiminə keçib.

Medicina.az -ın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Prezidenti Vladimir Putinin Tacikistan Prezidenti Emamoli Rahmonla telefon danışığı baş tutub. Vladimir Putin bildirib ki, onun əhatəsində koronavirusa yoluxma halları qeydə alındığı üçün o, müəyyən bir müddət ərzində özünütəcrid rejiminə riayət etməlidir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün Rusiya lideri paralimpiyaçılarla görüşdə bildirib ki, onun əhatəsində əksər insanlar koronavirusa yoluxub.

Xatırladaq ki, V. Putin koronavirusa qarşı peyvənd olunub. Ona Rusiya istehsalı “Sputnik V” peyvəndi vurulub.