Qanı dərmansız necə durulaşdırmalı? – Kardioloqdan Məsləhət

  • 2019.12.30 16:16
  • 39214 Baxış
Qanı dərmansız necə durulaşdırmalı?  – Kardioloqdan Məsləhət


Bir çox səbəblərdən insan qanının hüceyrələri bir –birinə yapışır və qan qatılaşır. Buna zərərli qidalanma, gərgin iş, hərəkətsizlik, yaşlanma, qan dövranı pozulması, bəzi xəstəliklər səbəb olur. Qan nə qədər qatıdırsa, tromb yaranma ehtimalı bir o qədər yülsəkdir, tromb isə qəfil ölüm deməkdir.


Ona görə müntəzəm olaraq qanın qatılaşmasını dəqiqləşdirməli və onu durulaşdırmaq lazımdır.
Medicina.az rusiyalı kardioloqların təklif etdiyi dərmansız qan durulaşdırıcı üsullarını təqdim edir.

1. Gündə 2 litrdən az olmamaq şərtilə maye içmək və hərəkət etmək. Maye qəbulu dedikdə, yalnız təmiz su nəzərdə tutulur. Çay, kompot, qəhvə yox.

2. Hər gün 5-7000 addım atmaq, normada fiziki aktivlik, skandinaviya üsulu (aramla) yeriş

3. Bitkilər – xüsusi qan durulaşdırıcı bitki dəmləmələri içmək

4. Sarımsaq, cəfəri, şüyüd, razyana qanı durulaşdırır

5. Tibbi zəli qoymaq – qanı durulaşdırıb, toksinlərdən təmizləyir

6. Qan qatılaşdırıcı qida, meyvə, içkilərdən uzaq olmaz. Xüsusən alkoqol qaraciyərdə dəyişikliklər yaratdığı üçün qanın tərkibini dəyişir