Qarın pozulması və diareya zamanı qidalanma – Olar-olmaz

  • 2019.10.04 17:47
  • 6998 Baxış
Qarın pozulması və diareya zamanı qidalanma –  Olar-olmaz
Son zamanlar stulun pozulması, yəni bağırsaqların pozğunluğu, qarın getmə, diareya deyilən halın artması insanların gündəlik həyatında diskomfort yaradır. 


İşdə, yolda, hətta romantik görüş zamanı birdən tualetə çağırış xoşagələn deyil.

Müalicə isə uzana bilər və çox zaman insan nə edəcəyini bilmir. 


Tabletlər müvəqqəti təsir edir, diareya zamanı qidalanmaya dəyişiklik etmək və xüsusi yeməklər yemək lazımdır. 

Medicina.az bildirir ki, gündə 3-4 dəfə və daha artıq tualetə getmək, nəcisin duru və miqdarının çox olması artıq diareya sayılır.

Qarında sancı, ağrılar, köp olur. 


Diareyanın səbəbləri bunlardır:


-Bakterial infeksiyalar – salmonelloz, dizenteriya

-Parazitlər – helmintoz

-Rotarovirus yoluxma

-Göbələk yoluxması

-Toksinlərlə zəhərlənmə

-Həzm sistemi xəstəlikləri – qastrit, pankreatit, öd yolları

-Qıcıqlanmış bağırsaq sindromu

-Laktoza və ya qlüten həssaslığı

-Kron xəstəliyi

-Şəkərli diabet

-Xoş və ya bədxassəli törəmələr


Necə qidalanmalı?


İlk növbədə qidalanma az-az porsiyalarla 6-7 dəfə olmalıdır. 

Nələr olmaz: qızarmış, yağlı, hisə verilmiş qidalar, qaxac, kolbasa, sosis və s


Suda və buxarda, eləcə də sobada bişmiş qidalar seçilməlidir. 

Mütləq gün ərzində maye, su qəbulunu artırmaq lazımdır. Çünki diareya zamanı orqanizm susuzlaşır. 

 



Rasionda bunlar olmalıdır:


-Sıyıqlar – yarma, mannı, buğda, yulaf – yalnız suda bişməlidir

-Yağsız quş və ya balıq əti

-Tərəvəz püresi- kartof

-Təbii kisel və meyvə kompotu

-Qalet peçenye

-Suxarı

-Düyü şorbası

-Şirin çay




Südəmər uşaqlarda diareya varsa, pediatrlar əmizdirməni saxlamamağı tövsiyyə edir. Əgər diareyanın səbəbi laktoza və ana südü deyilsə. Əlavə olaraq körpəyə ilıq su vermək lazımdır. 


Uşaqlara banan püresi, düyü suyu, kisel, suxarı, buxarda bişmiş küftə verilməlidir. 


Bağırsaq pozulmaları olanlar bir müddət bu qidalardan uzaq durmalıdır:


-Alkorol içkilər

-Meyvə və tərəvəz şirələri 

-Süd və süd məhsulları – qarını köpdürür 

-Şirniyyat

-Souslar, ədviyyat

-Paxlalılar

-Fast food 

-Qəhvə


Alimlər sübut edib ki, qəhvə bağırsaq əzələsinin aktivliyini artırır, bakteriyaları azaldır.

 


Qarın pozulması və diareya zamanı qidalanma –  Olar-olmaz
Qarın pozulması və diareya zamanı qidalanma –  Olar-olmaz
Qarın pozulması və diareya zamanı qidalanma –  Olar-olmaz