QİÇS-dən sağalan ikinci xəstə başına gələnləri danışdı

  • 2020.03.11 18:49
  • 3451 Baxış
QİÇS-dən sağalan ikinci xəstə başına gələnləri danışdı

"Londonlu pasiyent" adı ilə tibb tarixinə düşnüş, dünyada QİÇS kimi sağalmaz xəstəlikdən müalicə olunan ikinci xəstə ötən il böyük beynəlxalq tibbi qrupun səyi nəticəsində tam sağalıb.

Medicina.az xəbər verir ki, dünyada ilk QİÇS-dən sağalan xəstə Timoti Rey Brain idi. Onun ləqəbi “Berlinli pasiyent” idi. 2008-ci ildə onurğa sümük iliyi köçürülməsindən sonra xəstənin qanında virusun bütün hissəcikləri tamamilə itdi.

Artıq londonlu pasiyent olan kişi öz kimliyini acaraq, öz hekayəsini bölüşmək qərarına gəlib.

Onun adı Adam Kastilexodur, 40 yaşı var. 20 ildir Londonda yaşayır. QİÇS qanında 2003-cü ildə aşkar edilib.
23 yaşından müalicə alan Adamda 2011-ci ildə limfatik xərçəng 4-cü mərhələdə diaqnoz olundu.

2016-cı ildə Adam ilik nəqli əməliyyatı keçirildi. Ona ilik köçürülən donorda CCR5 geni var idi. Bu gen mutasiyası insanı QİÇS yoluxmasından qoruyur. Məhz buna görə bu əməliyyatla Adam nəinki xərçəngdən, həmçinin QİÇS virusundan xilas ola bildi.

2017-ci ildəmno virusəleyhinə dərmanların qəbulunu dayandırıb və bu vaxta kimi qanda virus təkrar aşkarlanmayıb.
Sümük iliyinin kök hüceyrələrinin donordan xəstəyə transplantasiyası hər xəstəyə uyğun asan əməliyyat deyil. Çox ağır fəsadları ola bilər.
Lakin bu faktlar göstərir ki, QİÇS-dən bu əməliyyatla xilas olma şansı var və bu təcrübə təkmilləşdirilməlidir.