Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edildi FOTO

  • 2020.10.31 12:49
  • 16032 Baxış
Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edildi  FOTO

TƏBİB idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim vəzifəsinə Fərid Vahid oğlu Təqdirov təyin edilib.

TƏBİB-dən bildirilib ki, Fərid Təqdirov 1996-2002-ci illərdə Azərbaycan Dövlət Tibb Üniversitetinin Müalicə işi fakültəsində təhsil almış, 2002-2003-cü illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrahiyyə ixtisası üzrə internatura keçmişdir.

İlk əmək fəaliyyətinə Respublika Neyrocərrahiyyə Xəstəxanasında nevrocərrah kimi başlamış, daha sonra Füzuli rayonu N-saylı Tibb Taborunda, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibbi Baş İdarəsinin Hospitalında və müxtəlif özəl tibb müəssisələrində neyrocərrah kimi fəaliyyət göstərmişdir.