Rota virusunun ən çox yayıldığı aylar başlayıb - Simptomlarını bilmək vacibdir!

  • 2018.01.10 12:35
  • 27843 Baxış
Rota virusunun ən çox yayıldığı aylar başlayıb -  Simptomlarını bilmək vacibdir!
Uşaqlarda bağırsaq infeksiyalarına tez-tez rast gəlinir. Ən vaciblərindən biri də rota virusudur. Qış fəslində daha tez-tez rast yoluxma halı olur və uşaq yaşlarının ilk iki ilində daha çox yoluxma halları qeydə alınır.


Medicina.az xəbər verir ki, uzman pediatr Altay Abdullaoğlunun sözlərinə görə, rota virusu yaxın təmas fekal-oral yollarla yoluxur. Kirli su və qida vasitəsi ilə də yayıla bilər:


"Xəstəxanalıq olma və ağır dehidratasiya ən çox 4-23 aylıq körpələrdə təsadüf edilir. Xətəxanaya yatırılan 5 yaşdan aşağı uşaqlarda görülən kəskin ishalların 25-50%-inin səbəbi rota virusudur. İlk olaraq uşaqlarda qusma, temperatur, halsızlıq, qarın ağrısı, ardından isə sulu ishal (gündə 5-10 dəfəyə qədər) baş verir. 2-3 gün sonra ishal davam etsə də, digər əlamətlərdə azalma müşahidə edilir. Nəcis bol miqdarda, sulu olur. Qan və selik müşahidə edilmir. Rota virusu qastroenteritinin ağırlaşması, su elektrolit balansında pozulma, susuzlaşma bağırsaq invaginasiyasıdır”.


Pediatr qeyd edib ki, diaqnoz təzə nəcisdə rotavirus antigeninin (Rotavirus Ag) polimeraz zəncir reaksiyası (PZR) və s. kimi müayinə vasitələri ilə qoyulur. 


"Xüsusi bir müalicə metodu yoxdur. Müalicə simptomatik olaraq aparılır. Su elektrolit balansını bərpa etmək, susuzlaşmanın qarşısını almaq, yetərli qidalanma əsas prinsiplərdir. Ana südü ilə qidalanan körpələri bol miqdarda, tez -tez əmizdirmək tövsiyə olunur”, - deyə Abdullaoğlu vurğulayıb.