Rusiyada yoluxmalar kritik həddə ÇATIB

  • 23 Okt 2021 13:11
  • 403 Baxış
Rusiyada yoluxmalar kritik həddə  ÇATIB
Rusiyada son sutkada daha 37 678 nəfər COVID-19-a yoluxub. Bununla da Rusiyada koronavirusa yoluxanların ümumi sayı 8 205 983 nəfərə çatıb.

Medicina.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla yanaşı, ölkədə virusdan gündəlik ölüm sayında da maksimum göstərici qeydə alınıb. Belə ki, gün ərzində pandemiya səbəbindən ölənlərin sayı daha 1 075 nəfər artaraq ümumilikdə 229 528 nəfərə yüksəlib.

Gün ərzində Rusiyada koronavirusa yoluxmuş 26 077 nəfər sağalıb və bu baxımdan ümumi say 7 143 137 nəfərə çatıb.
Rusiyada yoluxmalar kritik həddə  ÇATIB