Sabirabadın bu kəndində həkim tapılmır

  • 2021.12.27 16:55
  • 2554 Baxış
Sabirabadın bu kəndində həkim tapılmır
Sabirabadın Narlıq kəndi rayon mərkəzindən 16 km məsafədə yerləşir.

2500 nəfərdən çox əhalisi olan kəndin sakinləri deyir ki, problemləri xirtdəyə kimidir.

Medicina.az baku.tv-ə istinadən xəbər verir ki, kənddə bir tibb məntəqsinə oxşar tikili var ki, onu da sakinlər öz vəsaitləri hesabına inşa etdiklərini bildirirlər. Lakin bu məntəqənin də qapıları bağlıdır.

Məsələ ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, həkim çatışmazlığı səbəbindən Narlıq kəndində tibb məntəqəsi fəaliyyət göstərmir. Yalnız müraciət olunduqda təcili tibbi yardım briqadaları kəndə gedir.