Sadəcə 1 stəkanla 5 günə 5 kilo arıqlayın

  • 2022.11.05 16:22
  • 4851 Baxış
Sadəcə 1 stəkanla 5 günə 5 kilo arıqlayın


Sağlam və qalıcı şəkildə arıqlamaq üçün düzgün qidalanmaq və idman etmək lazımdır. Bundan əlavə, qısa zamanda arıqlamaq istəyirsinizsə, təbii vasitələrdən istifadə edə bilərsiniz. Limon, cəfəri və su üçlüyünün birləşməsi ilə qısa müddətdə istədiyiniz çəkiyə sahib ola bilərsiniz.

"Medicina" cəfəri detoksunu təqdim edir:

Cəfəri və limonla arıqlama planlarınız daha tez gerçəkləşə bilər. Cəfərinin tərkibindəki vitaminlər sayəsində maddələr mübadiləsini sürətləndirmək və artıq çəkilərdən xilas olmaq mümkündür. Bundan əlavə, bu müalicə qısa müddətdə qaraciyər yağını aradan qaldıra bilər.

Limon bağırsaqları təmizləyən ən təbii və təsirli qidalardandır. Cəfəri isə antioksidant bitkidir. Birgə, bu ikisi sidik yolları və digər iltihablarda olduqca təsirli ola bilər. Cəfəri limon detoksu sızanaq və ləkələrin əmələ gəlməsinin qarşısını alır. Həm də dərinizin daha parlaq və canlı görünməsini təmin edir. Cəfəri və limon bir araya gələndə təbii olaraq həzm sistemini tənzimləyir.

Lazım olanlar:


1 dəstə cəfəri
1 stəkan limon suyu
1 stəkan su

Hazırlanması:

Cəfəri, limon suyu və 1 stəkan suyu yaxşıca qarışdırıcıdan keçirin.
Tərkibləri hamar bir tutarlılığa qədər əzin.
Sonra bu qarışığı bir qaba tökün.

Hazırladığınızı istədiyiniz zaman içə bilərsiniz.

Cəfəri və limon dietoloqlar tərəfindən məsləhət görülən, pəhriz siyahılarında əskik olmayan iki möcüzəvi qidadır. Xüsusilə limon yağ yandırıcı xüsusiyyəti ilə çox istifadə edilir. Limon suyu bədəndə yığılan yağların yandırılmasında böyük rol oynayır. Eyni zamanda cəfəri ödemin aradan qaldırılmasında da böyük rola malikdir. Cəfəri və limon qarışığı maddələr mübadiləsini sürətləndirir, arıqlama prosesini daha da asanlaşdırır.

Təsiri hər orqanizmdə fərqli olsa da cəfəri limon müalicəsi ilə 5 günə 5 kilo arıqlaya bilərsiniz. Təbii ki, bunu qəbul edərkən pəhriz və idman proqramınızı davam etdirməlisiniz. Daha çox arıqlamaq üçün gün ərzində suyun miqdarını da mütləq artırmalısınız.

Əgər xroniki sağlamlıq probleminiz varsa, cəfəri və limona başlamazdan əvvəl mütləq həkiminizlə məsləhətləşməlisiniz.
Aygün