Öskürəyin müalicəsində antibiotikdən öncə bunları sınayın – Alimlər antibiotiklərə qarşıdır

  • 2018.08.28 16:31
  • 14296 Baxış
Öskürəyin müalicəsində antibiotikdən öncə bunları sınayın –  Alimlər antibiotiklərə qarşıdır
İngiltərənin NİCE və PHE səhiyyə birliyi və institutu öskürəyin müalicəsində antibiotikdən öncə, ilk olaraq bal qəbul olunmasını tövsiyyə edir.

Onlar xəstəliyin antibiotiklərə rezisdentliyini problemini aradan qaldırmağa yönəlmiş yeni elmi layihənin nəticəsində bu qərara gəliblər. 


Medicina.az xəbər verir ki, çox vaxt öskürək viruslardan yaranır, virusları da antibiotiklə müalicə etmək olmaz. Amma son müasir müalicələrdə həkim elə ilk müalicə xəttində antibiotik təyin edir. Araşdırma göstərib ki, 47% britaniyalı bronxit və öskürəyin müalicəsinə antibiotiklə başlayır. 


Antimikrob preparatlarının hazırlanması üzrə qrupun sədri, həkim Tessa Luis məsələni belə izah edir: 


" Əgər insan qripə, virusa yoluxubsa, boğazında ağrı, öskürək varsa, gərək 2-3 həftə gözləsin və aptekdən reseptlə satılmayan adi öskürək əleyhinə vasitələr qəbul etsin. Adətən virus mənşəli öskürək 2-3 həftəyə özü keçib gedir və antibiotikə ehtiyac olmur. Əgər öskürək həftələr keçdikcə kəskinləşirsə, azalmırsa, insanın vəziyyəti pisləşirsə, o özünü boğulmuş hiss edirsə, o zaman həkimlə əlaqə yaratmaq lazımdır”. 


Pasiyentə antibiotikdən imtinanın səbəbi izah olunmalıdır, bundan əlavə pasiyent özü-özünə yardım etmək üçün maariflənməlidir.


Evdə limonlu, ballı, zəncəfilli isti içkilər – boğaz ağrısı, qıcıqlanma və öskürək əleyhinə birinci xəttdə olmalı vasitələrdir. Balda olan bəzi maddələr simptomları yumşaldır. Amma balı 1 yaşına kimi uşaqlara və allergik ödemi olan insanlara vermək olmaz.


İlkin mərhələdə antibioiklərlə müalicə dərmanlara dayanıqlı superbakteriyalar yaradır xə çoxaldır. 


Suzan Hopkins deyir: " Antibiotiklərə rezisdentlik – səhiyyə qarşısında duran böyük problemdir. Ehtiyac olmadığı halda antibiotik qəbulu sizi və ailənizi daha ağır infeksiyalar qarşısında silahsız qoyur. Yeni  müalicə metodlarına dair araşdırmalar həkimləri tibbi təcrübədə daha az antibiotik təyin etməyə sövq edəcək. 


Antibiotik o halda lazımdır ki, öskürək digər ciddi xəstəliyin fonundadır və ağırlaşmalar riski var. Antibiotiklərin hansı hallarda təyini haqda da dəqiq informasiya və məsləhətlər hazırlanıb”


Professor Mark Beyker deyir ki, biz çox hallarda öskürəkdə antiotiklərin qəbulunu aradan qaldırmağa yönəlmişik. İnsanlara alternativ məsləhətlər verilməli, hansı ki, simptomları 2-3 həftə ərzində yüngülləşdirə bilər.

 

Antibiotiklər həqiqətən ona ehtiyacı olan xəstəyə  daha geniş mikrobəleyhinə rezisdentlik nəzərə alınmaqla verilməlidir. Əgər gələcəkdə antibitiklər uğursuzluğa düçar olsa, o zaman infeksiya, xərçəngin müalicəsi və orqan köçürmə kimi əməliyyatlar çox riskli olacaq.