Soyuducunu təmizləyərkən bu səhvə yol verməyin

  • 2026.08.26 23:43
  • 112 Baxış
Soyuducunu təmizləyərkən bu səhvə yol verməyin

Soyuducunu ağ sirkə ilə silmək onu təmizləsə də, tam dezinfeksiya etmir.

Medicina.az xəbər verir ki, mütəxəssislər sirkənin kir və qoxunu aradan qaldırsa da, zərərli mikroorqanizmlərin hamısını məhv etməyə biləcəyini bildirib.

Soyuducunu təmizləyərkən əvvəlcə rəflər və qablar çıxarılmalı, səthlər ilıq sabunlu su ilə yuyulmalıdır. Dezinfeksiya üçün isə etiketdə göstərilən qaydalara uyğun durulaşdırılmış xlor əsaslı vasitədən istifadə edilə bilər.

Mütəxəssislər vacib xəbərdarlıq edir: xlorlu vasitəni heç vaxt sirkə ilə qarışdırmaq olmaz. Bu zaman zəhərli qaz yarana bilər.

Xanım,
Medicina.az